Mobil versiya
5-ci dəfə evlənən polkovnik: "Hamını dəvət etməyə utandım"
Tarix: 26-04-2017, 13:22 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Karusel | çapa göndər

5-ci dəfə evlənən polkovnik: "Hamını dəvət etməyə utandım"



Dünən ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin toyu olub.

AİA.Az modern.az-a istinadən xəbər verir ki, Əzizağa Qənizadənin toy mərasimində tanınmış insanlar, hərbçilər iştirak ediblər. Hazırda ehtiyatda olan polkovnikin 60 yaşı var.

Qeyd edək ki, bu, Əzizağa Qənizadənin 5-ci evliliyidir. O, özündən xeyli cavan xanımla ailə qurub.

Modern.az saytı ehtiyatda olan polkovniklə əlaqə saxlayaraq xoş gün münasibətilə təbrik edib. Əzizağa Qənizadə onu təbrik edən hər kəsə minnətdarlığını bildirib.

"Hər kəsə öz təşəkkürümü bildirirəm. Düzü, hamını dəvət etməyə utandım. Allah hamıya kömək olsun. Əvvəllər evli olmuşam. Lakin neçə illər idi ki, subay idim. İllərdən sonra xoşbəxtliyimi bərpa etdim".

Xatırladaq ki, Əzizağa Qənizadə uzun döyüş yolu keçib. O, Əfqanıstanda və Qarabağ döyüşlərində iştirak edib. 1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə reyd taborunun komandiri, 1993-cü ilin əvvəllərində 701 saylı briqadanın komandiri olub.

----------



Polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə 4-cü dəfə ailə həyatı qurub.

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ə.Qənizadə muzeydəki iş yoldaşı Gülşən Hüseynova ilə evlənib. Ə.Qənizadə 1957-ci il təvəllüdlü (60 yaş), həyat yoldaşı isə 1985-ci il təvəllüdlüdür (32 yaş).

Polkovnik Ə.Qənizadə Əfqanıstanda və Qarabağda döyüşlərində iştirak edib. 1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə reyd taborunun komandiri, 1993-cü ilin əvvəllərində 701 saylı briqadanın komandiri olub. O, Bakı Ümumqoşun Komandirləri Məktəbində Müdafiə naziri Zakir Həsənovla bir yerdə təhsil alıb.

AİA.az



5498 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930