Mobil versiya
Bu gün Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək
Tarix: 20-04-2017, 12:45 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Bu gün Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək



Bu gün futbol üzrə Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək.

AİA.az-ın Report-a istinadlaməlumatına görə, bu, 1/4 final mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.
Azərbaycan futbolsevərləri üçün böyük maraq kəsb edən matç İstanbulda keçiriləcək. Fransada "Lion”a 1:2 hesabı ilə uduzan "Beşiktaş” doğma azarkeşlər önündə lazımı hesabla qalib gəlib, tarixində ilk dəfə avrokubokda yarımfinala vəsiqə qazanmağa çalışacaq. Lakin "qara qartallar”ın heyətlə bağlı ciddi problemləri var. Vensan Abubakarla Marselo cəzalı olduqları halda, zədədən əziyyət çəkən Rikardo Kuareşma və Adrianonun da meydana çıxması sual altındadır.
Günün digər qarşılaşmaları da gərgin mübarizə vəd edir. Belçikada "Anderlext”lə 1:1 hesablı heç-heçə edən "Mançestser Yunayted” rəqibi ilə müqayisədə yarımfianala daha yaxındır. Digər iki cütlük barəsində isə eyni sözü söyləmək olmaz. "Ayaks” Hollandiyada "Şalke”ni 2 cavabsız qolla məğlub etsə də, Almaniyada bu üstünlüyü əldən vermək mümkündür. Evdə "Genk”ə 3:2 hesabı ilə qalib gələn "Selta”nı da Belçikada çətin sınaq gözləyir.
Qeyd edək ki, yarımfinal mərhələsinin püşkü aprelin 21-də atılacaq.
Avropa Liqası, 1/4 final, cavab oyunları
20 aprel (cümə axşamı)
23:05. "Beşiktaş” (Türkiyə) – "Lion” (Fransa)
Baş hakim: Milorad Majiç (Serbiya)
İlk oyun – 1:2
23:05. "Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya)
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
İlk oyun – 0:2
23:05. "Genk” (Belçika) – "Selta” (İspaniya)
Baş hakim: Uilyam Kollam (Şotlandiya)
İlk oyun – 2:3
23:05. "Mançester Yunayted” (İngiltərə) – "Anderlext” (Belçika)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
İlk oyun – 1:1

AİA.az



5315 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031