Mobil versiya
İlham Əliyev Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub
Tarix: 17-04-2017 | Saat: 10:11
Bölmə:Gündəm / Manşet | çapa göndər

İlham Əliyev Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub



Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub.
Dövlətimizin başçısı əvvəlcə Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına sərgidə nümayiş olunan məhsullar barədə məlumat verdi. Bildirildi ki, sərgidə qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-yə yaxın çeşiddə şərab, çay, meyvə-tərəvəz, mineral sular, şirələr, bal, şirniyyat, tekstil və digər məhsulları nümayiş olunur. Bu məhsullar daxili tələbata yönəldilməklə yanaşı, Avropa, MDB ölkələri, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrə ixrac edilir.

Sonra Azərbaycan Prezidenti Aran Regional İnkişaf Mərkəzində yaradılan şəraitlə tanış olub.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024