Mobil versiya
8 martda hamilə qadını döyüb, yol kənarına atdılar - təcavüzdən son anda qurtuldu
Tarix: 09-03-2017 | Saat: 12:55
Bölmə:Cəmiyyət | çapa göndər

8 martda hamilə qadını döyüb, yol kənarına atdılar - təcavüzdən son anda qurtuldu

Dünən 8 Mart - Beynəlxalq Qadınlar Günündə Türkiyədə təcavüzdən son anda qurtulan hamilə qadın döyülüb, yol kənarına atılıb.

AİA.Az "Hürriyet"ə istinadla bildirir ki, Qaziantepdə yaşayan S.G ötən gün Adanada yaşayan rəfiqəsigilə baş çəkib. Onlar axşam saatlarına qədər söhbətləşdikdən sonra S.G evinə getmək üçün avtovağzala yollanıb.

Hamilə qadın avtobus gözləyən zaman avtomobillə olan 2 nəfər naməlum şəxs qadını zorla maşına mindiriblər. Onlar qadını zorlamaq istəyiblər. Lakin son anda fikirlərindən daşınıblar. Onlar 4 aylıq hamilə qadını döyüb, pullarını oğurlayıb, kimsəsiz məkana atıb, qaçıblar.

Yoldan keçənlər qadını görüb, polisə xəbər veriblər.

Qadını döyən şəxslərin kimliyi, hələ ki, məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

AİA.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024