Mobil versiya
"Britaniyanın əsl kralı mənəm" - Qəfil iddia - FOTO
Tarix: 02-03-2017 | Saat: 12:28
Bölmə:Media / Karusel | çapa göndər

"Britaniyanın əsl kralı mənəm" - Qəfil iddia - FOTO

Böyük Britaniya taxt-tacının sahibi, ölkənin əsl kralı mənəm və bu taxt-taca qanuni haqqım var. Mənə məxsus olan titulları, torpaqları, əmlakları və ümumiyyətlə, hər şeyi yaxın 30 gün ərzində qaytarmağa çalışacağam.
ABŞ-ın Kolorado ştatındakı Uit Ric şəhərciyinin sakini Allan Evans bu iddia ilə çıxış edib.

Milli.Az The Guardian-a istinadən bildirir ki, "London Times" qəzetində tam bir səhifəlik müraciət dərc etdirib. Reklam əsasları ilə dərc olunmuş müraciətində Allan Evans Uels krallığının əsasını qoymuş Kunedda Vlediq sülaləsindən olduğunu yazıb.

"Mənim nəslim 3-cü əsrdə Uels krallığını qurub. Bu səbəbdən də şotlandlar, valliyalılar, menlilər, brittlər və ümumiyyətlə, hər kəs üçün bildirirəm ki, mən, Allan Evans, ailəmə və mənə məxsus olan mülkləri, əmlakı yaxın 30 gün ərzində geri tələb etmək niyyətindəyəm. Mənim ulu babam Kuneda ap Edern Uelsin və Men adasının kralı olmuş Kilman Droed Ddu ilə evlənmişdi. Bu səbəbdən Britaniyanın kralı mənəm", - Britaniya taxt-tacına iddialı şəxs bəyan edib.

2012-ci ildə Allan Evans ABŞ-ın Corciya ştatındakı Tviqqs bölgəsində 400 hektar bölgəyə də sahib çıxmaq istəmişdi. Lakin məhkəmə onun iddialarını rədd etmişdi.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024