Mobil versiya
PREZİDENTİN SEÇDİYİ GƏNC VƏ PERSPEKTİVLİ MƏKTƏB DİREKTORUNU NİYƏ VƏZİFƏDƏN ÇIXARIBLAR?
Tarix: 28-09-2015, 00:54 | Saat: 15:47:00
Bölmə:Təhsil / Manşet / Karusel | çapa göndər

PREZİDENTİN SEÇDİYİ GƏNC VƏ PERSPEKTİVLİ MƏKTƏB DİREKTORUNU NİYƏ VƏZİFƏDƏN ÇIXARIBLAR?
Azərbaycan təhsilinin inkişafı, əldə edilən nailiyyətlər müəllimlərin öz işinə daha da sevgi və məsuliyyətlə yanaşmasına şərait yaradır. Müəllimlik müqəddəs sənətdir və gənc nəslin müəllim işinə maraq göstərməsi mütləqdir. Müəllim dövlətin, dövlətçiliyin, maarifin keşiyində duran qiymətli peşə sahibidir. Sirr deyil ki, bir neçə il əvvələ qədər gənclərin müəllimliyə həvəsi elə də güclü deyildi. Müəllimlik ixtisasına yiyələnənlər belə öz sahələrində çalışmaq istəmirdilər. Bunun da bəlli olan bir sıra səbəbləri vardı.
Ancaq dövlətin müəllimlərə göstərdiyi böyük qayğı gənclərin bu sahəyə həvəsini artırıb. Bir neçə il əvvələ qədər paytaxt məktəbləri istisna olmaqla, digər şəhər və rayonlarda, əsasən isə ucqar kəndlərdə fənn müəllimləri problemi yaşanırdı. Məlumatlara görə, kənd məktəblərinin bir çoxunda xarici dil, tarix, coğrafiya, eləcə də fizika, kimya müəllimlərinin qıtlığı hiss olunurdu. Bu da gənc müəllim kadrların rayonlara getmək istəməməsi ilə bağlı idi. Ancaq bu gün dövlət başcısı cənab Ilham Əliyevin bu yöndə apardığı iş sahəsində müxtəlif ali təhsilli fənn müəllimləri rayon və kəndlərdə işləməyə razılıq verir.
Azərbaycan Respubilikası prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2005 - ci ildə məcburi köçkünlər üçün Baharlı - 1 qəsəbəsi salınandan dərhal sonra növbəti 2006-cı ilin sentiyabrında Baharlı-1 qəsəbə tam orta məktəbi fəaliyyətə başlayıb. Elə həmin vaxtdan məktəbə gənc müəllim Elməddin Məmmədov rəhbər təyin olundu və tezliklə öz işinin öhdəsindən gələn perspektivli, bacarıqlı kadr kimi özünü göstərdi. Onun direktor vəzifəsinə irəli çəkilməsinin maraqlı tarixçəsi var: Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyev 2006-cı ilin mart ayının 1 - də Bənövşələr qəsəbəsində olarkən, Elməddin müəllimin tərdis etdiyi İnformatika fənn kabinetində olmuş, fənn müəlliminin çıxışını və şagirdlərin hazırlığını müşahidə edərək, onların informatika fənninə aid bilik və bacarıqlarını yüksək qiymətləndirmişdir.Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bu gənc müəllimin irəli çəkilməsini tövsiyyə etmişdi . Təkcə bir sinfin, bir məktəbin deyil, ümumiyyətlə, bütövlükdə rayon təhsilinin aktivinə yazılan bu hadisə o vaxt Ağdam Rayon İcra Hakimiyyətinə başçılıq edən Həsən Sarıyev tərəfindən də dəyərləndirildi və Elməddin müəllim irəli çəkilərək, Baharlı-1 qəsəbə tam orta məktəbinə direktor təyin edildi. Elməddin Məmmədov cavan olsa da, çox ciddi işlər gördü. O, məktəbin bacarıqlı və işgüzar kadrlarla təmin olmasını mühüm vəzifə hesab etdi və bu istiqamətdə çox calışdı. 2007-ci tədris ilində artıq Baharlı-1 qəsəbə tam orta məktəbi bacarıqlı müəllim kadrları ilə demək olar ki tam təmin olundu. Elə həmin 2007-2008-ci tədris ilində Elməddin Məmmədovun təşəbbüsü ilə o vaxtadək kənarda işləyən təcrübəli və bacarıqlı Rasim Quliyev məktəbə cəlb edilərək dərs hissə müdiri təyin edildi. Bununla da Baharlı-1 qəsəbə tam orta məkdəbin işgüzar kollektivi formalaşdırıldı, uğurlar bir-birinin ardınca gəlməyə başladı. Müvəffəqiyyətlər pedaqoji kollektivin və onun rəhbəri E. Məmmədovun böyük səyləri nəticəsində ildən ilə artmaqda davam etdi. Artıq Baharlı-1 məktəbinin nailiyyətlərini 40 - 50 il ərzində fəaliyyət göstərən qocaman məktəblərlə müqayisəyə gələn səviyyəyə çatdı. Baharlı-1 qəsəbə tam orta məktəbi fəaliyyət göstərdiyi 9 il ərzində həm təlim - tərbiyə sahəsində, həm ictimai fəaliyyət sahəsində, həm də idman sahələrində cox böyük nailiyyətlər qazanmışdır.
Hər il məktəbin bir neçə məzunu respubilikamızın ali və orta ixtisas məktəblərinə qəbul olmuşdur. Onlardan Şəlalə Məmmədova Bakı Dövlət Universitetinə, İlkin Məmmədov ADİU, Nüranə Hüseynova Sumqayıt Dövlət Universitetinə, Qəmzə Quliyeva Gəncə Dövlət Universitetinə, Jalə Məmmədova Lənkaran Dövlət Univeristetinə, İkram Quliyev Azərbaycan Müəllimlər İnstitutuna, Ceyhun Huseynov Azərbaycan Ali Hərbi Akademiyasina, Aytəkin Atəşli Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialına, Elnarə Əliyeva və Ayaz Əhmədov Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialına, Aysel Zeynalova Azərbaycan Müəllimlər İnstitutunun Şamaxi filialına, Hafis Hüseynov Milli Aviasiya Akademiyasina, İsa Məmmədov və Güləbətin Məmmədova Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qəbul olmuş və onların bəziləri artıq həmin ali təhsil ocaqlarını uğurla bitirmişdir. Məzunlardan Nuranə Hüseynova və Aytəkin Atəşli ali məktəbi bitirdikdən sonra magistraturuya qəbul olmuşlar. Ceyhun Hüseynov ali hərbi məktəbi bitirdikdən sonara ” N” saylı hərbi hissədə zabit kimi vətənə layiqli xidmət edir.
Məktəbin məzunlarından Tünzalə Şükürova, Nüranə Salahova, Günay Davudova, Gülnar Aslanova, Sabit Qaraşov, Sahilə Hümbətova, Şəbinəm İslamlı, Aynur Əliyeva, Şamil İslamlı, Əli Məmmədov, Aytən Məmmədova və Ayna Həsənova respubilikamizın müxtəlif kolleclərinə qəbul olmuşlar. Sabit Qaraşov Ağdam Sosial - İqdisad Kollecini fərqlənmə diplomu ilə bitirmişdir.
Bu ilki məzunlardan Fəridə İsgəndərova 576 balla APU-nun tarix fakultəsinə, Elçin Abdullayev 575 balla Gəncə Dovlət Universitetinin tarix fakultəsinə, Sahil Kərimov 338 balla Sumqayıt Dövlət Universitetinə, daha 3 məzun isə muxtəlif kolleclərə qəbul olmuşlar.
Bütün bu uğurlardan başqa, 2010-cu ildə məktəbin şagirdi Tünzalə Şükürova məktəblər arasında şahmat üzrə Beyləqanda keçirilən Azərbaycan birinciliyində fəxri ikinci yeri tutmuş və mükafata layiq görülmüşdür. Digər şagird Samir Mirzalıyev cü-do üzrə Göyçayda keçirilən Azərbaycan birinciliyində öz həmiyaşdları arasında çempion olmuş və qızıl medala layiq görülmüşdür. Daha bir şagird Rahil Rzayev 2011-ci ildə Gəncədə kecirilən şimli alətlər üzrə Respublika Muğam Festifalında tarda ifaya gorə birinci yeri tutmuş və diploma layiq görülmüşdür.
Məktəbin şagirdləri dəfələrlə rayon və respubilika fənn olimpiadalarında uğurlu nəticələr gostərmiş və mükafatlar qazanmılşlar.
Əlbəttə, bu sadalananlar Baharlı-1 qəsəbə orta məktəbinin uğurlarının heç də hamısı deyil. Gənc və çalışqan pedaqoq Elməddin Məmmədovun rəhbərlik etdiyi səmimi və işgüzar müəllim kollektivi, bacarıqlı və təcrübəli dərs hissə müdiri Rasim Quliyev, qabaqcıl müəllimlərdən Nəzakət Quliyeva, Təranə Camalova, Xaliq Gərayev, Allahverdi Behbidov, Fərahim Əliyev, Nərminə Məmmədova, Xədicə Məhərrəmova, Məleykə Şirinova, Vüsal Cəfərov, Alı Aslanov, Sədaqət Davudova, Xuraman Məlikova, Cimnaz Məmmədova, Radə Quliyeva, Habil Cəbrayılov və digərləri Baharlı 1-qəsəbə tam orta məktəbinin uğurlarının əsas memarlarıdır.
Acı təəssüf doğuran haldır ki, az əvvəl izahı məlum olmayan səbəblərdən Elməddin Məmmədov on ildir ki, vicdanla, ləyaqətlə yerinə yetirdiyi vəzifəsindən kənarlaşdırılmışdır. Yerli ictimaiyyət bu qənaətdədir ki, Ağdam Rayon Təhsil Şöbəsinin rəhbərliyi bu absurd qərarı inandırıcı arqumentlə izah edə bilməz. Baharlı-1 qəsəbə orta məktəbinin tərəqqipərvər müəllimləri artıq bu bədnam qərara etirazlarını bildirmiş, imzaları ilə təsdiqlədikləri etiraznaməni aidiyyati in stansiyalara, eləcə də redaksiyamıza göndərmişlər.

PREZİDENTİN SEÇDİYİ GƏNC VƏ PERSPEKTİVLİ MƏKTƏB DİREKTORUNU NİYƏ VƏZİFƏDƏN ÇIXARIBLAR?
Bir neçə ildir ki, artıq dövlət səviyyəsində gənc pedaqoji kadrların əməyinin stimullaşdırılması istiqamətində davamlı işlər görülür. Əvvəllər hətta rayon və kəndlərdən olan gənclər ali məktəbi bitirdikdən sonra geri qayıtmaq istəmirdilər. İndi bir sıra güzəştlər tətbiq edilir, o gənclərə həvəsləndirici imtiyazlar verilir. Bu da, sözsüz ki, onlara stimul verir və gənc müəllimlər məktəblərdə həvəslə işə başlayır. Məktəbin müəllim heyətinin cavanlaşması, xüsusilə də rəhbər vəzifəlilərin gəncləşməsi müsbət haldır. Bu, şagirdlərə də hərtərəfli təsir göstərir. Gənc müəllim işə yeni ideya ilə başlayır, şagirdlərə fərqli yanaşır, bu da onun tədris etdiyi fənnin şagirdlər tərəfindən sevgi ilə qarşılanmasına səbəb olur. Rayonlara gedən gənc müəllimlərin kirayə haqları ödənilir, kommunal xərclər dövlət tərəfindən ödənilir, maaşları artırılır, onlara əlavə mükafatlar verilir. Ələlxüsus, cəbhə bölgəsi sayılan rayonlarda gənc müəllimlərin stimullaşdırılması strateji əhəmiyyət daşıyan məsələdir. Bütün bunlara qarşı çıxıb möhtərəm Prezidentin seçdiyi cavan və perspektivli təhsil müəssisəsi rəhbərini işdən uzaqlaşdırmaq özbaşınalıq, səbatsızlıq, ən nəhayət Vətənə xəyanət kimi qiymətləndirilməlidir. Ümid edirik ki, respublikamızın təhsil başbilənləri tezliklə bu yanlışlığın aradan qaldırılmasına yönəlik ciddi addımlar atacaqlar.
Mövzunu gündəmdə saxlayacağıq.



52 358 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-04-2019
18-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}