Mobil versiya
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Tarix: 15-02-2017, 21:31 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ







Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən.Aia.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun yarımadada gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, Bakıda gecə 1°-dək isti, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Fevralın 16-sı gündüzdən 17-si axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Xəbərdarlıq

Fevralın 16-sı gündüz, 17-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

aia.az



5568 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930