Mobil versiya
Bakıda oğul atasını yandıraraq öldürdü - Yenilənib
Tarix: 01-02-2017 | Saat: 15:34
Bölmə:Cəmiyyət / Manşet | çapa göndər

Bakıda oğul atasını yandıraraq öldürdü - Yenilənib







Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

“AİA.az” FHN-nin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otağlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

***

İmdad Mehdiyevin ölümü ilə bağlı təfərrüat məlum olub.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 31 yaşlı İlyas Mehdiyev atası İmdad Mehdiyevin üzərinə benzin tökərək onu və yaşadığı evi yandırıb.

İ.Mehdiyev könüllü 14-cü PB-yə gələrək istintaqa təslim olub.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024