Ana Sayfa > Manşet / Ölkə > Kanalda batan Vətən müharibəsi iştirakçısının meyiti sudan çıxarıldı
Kanalda batan Vətən müharibəsi iştirakçısının meyiti sudan çıxarıldı15-08-2024, 16:09. Yazar: sevinc1 |
Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb. Bu barədə aia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, Absuət Əliyev Vətən müharibəsi iştirakçısıdır. aia.az Geri dön |