Ana Sayfa > Qərbi Azərbaycan > Metabolizmanı gəncləşdirin
Metabolizmanı gəncləşdirin15-08-2021, 15:56. Yazar: admen |
İnsan yaşa dolduqca metabolizma sürəti getdikcə yavaşlayır. Çünki gənclərin bədəni daha çox kalori yandırır. Bu da hüceyrələrdə gedən bölünmə və böyümə prosesləri ilə əlaqədardır. Bəs yaşa dolduqca bu sürəti saxlamaq və kilo almamaq üçün nələrə diqqət etməliyik? AİA.Az Axşam.az-a istinadən xəbər verir ki, səhər yeməyi yeyən insanlar yeməyənlərə nisbətdə iki dəfə daha az kilo alır. Bu insanların şəkərə tutulma riski də böyükdür. Oyandıqdan sonra 30 dəqiqə ərzində səhər yeməyinizi yeyin. Beləcə, siz metabolizmanı daha tez "işə salacaqsınız". Gün ərzində 2 litr su için. Susuz qalmaq metabolizmanı zəiflədən ən önəmli faktorlardandır. Bundan əlavə, yaşa dolan dərinin suya daha çox ehtiyacı var. Meditasiya edin. Stres bəzən insanda həddən artıq yemək istəyi yaradır. Bununla mübarizə aparmaq üçün bədəninizi və zehninizi dinləndirin. Gündə ən az 30 dəqiqə gəzin. Bəzən iş çoxluğundan idmana vaxt ayırmaq mümkün olmur. O zaman vəziyyətdən ən yaxşı çıxış yolu gəzməkdir. Liftdən istifadəni dayandırın. Bu eyni zamanda dayaq-hərəkət sisteminiz üçün də olduqca faydalıdır. AİA.Az Geri dön |