Ana Sayfa > Özəl > ABŞ-dan İrana yeni genişmiqyaslı zərbələr: 90 hərbi hədəf vuruldu
ABŞ-dan İrana yeni genişmiqyaslı zərbələr: 90 hərbi hədəf vurulduBu gün, 10:11. Yazar: vasif |
![]() ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində növbəti genişmiqyaslı hərbi əməliyyat həyata keçirdiyini açıqlayıb. Məlumata görə, Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücumlara cavab olaraq İranın təxminən 90 hərbi obyekti hədəfə alınıb. Zərbələr hava hücumundan müdafiə sistemləri, sahil müşahidə məntəqələri, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərə endirilib. Eyni zamanda SEPAH-a məxsus 60-dan çox sürətli hərbi qayığın da məhv edildiyi bildirilib. Vaşinqton əməliyyatın məqsədinin İranın dənizdə hücum imkanlarını zəiflətmək və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək olduğunu bəyan edib. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ı yeni zərbələr barədə xəbərdar edib. Qurum bildirib ki, hücumlar davam edəcəyi təqdirdə regiondakı digər Amerika hərbi bazaları da hədəfə çevriləcək. SEPAH həmçinin cavab əməliyyatı çərçivəsində Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini iddia edib. Beləliklə, ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşir və regionda gərginliyin yeni mərhələyə keçdiyi müşahidə olunur. Geri dön |