Ana Sayfa > Özəl > YAP Gədəbəy rayon təşkilatında yubilyar YAP-çılarla görüş keçirildi.
YAP Gədəbəy rayon təşkilatında yubilyar YAP-çılarla görüş keçirildi.Bu gün, 11:32. Yazar: azer |
![]() Bu gün – 09.07.2026-cı il tarixdə YAP Gədəbəy rayon təşkilatında yubilyar YAP-çılar ilə görüş keçirildi. aia.az xəbər verir ki, görüşdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev ilk öncə iştirakçılara uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətlərində uğurlar arzuladı. Sonra gündəlik məsələlər ilə bağlı səmimi söhbət olundu. Yubilyar YAP-çılar partiyanın gələcək işlərində uğurlar arzuladılar. Yubilyarlar - 65 yaşlı Zəkiyə Həsənova və 55 yaşlı Cəlal Xıdırov dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Möhtərəm Sədr, Cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Sonda yubilyarlar YAP Gədəbəy rayon təşkilatı tərəfindən “Fəxri fərman”la təltif olundu, onlarla xatirə şəkli çəkildi. Geri dön |