Ana Sayfa > Gündəm > Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib
Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilibBu gün, 19:31. Yazar: azer |
![]() Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib. Abşeron RİH-nin və rayon Mərkəzi Xəstəxanasının birgə təşlkilatçılığı ilə baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Hacı İsmayılov, şəhid ailələri və səhiyyə işçiləri iştirak edib. İştirakçılar əvvəlcə Ulu Öndərin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. aia.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il ölkəmizdə iyunun 17-i Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Qeyd edilib ki, bu gün səhiyyə sahəsi də Ulu Öndərin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində özünün yeni inkişaf mərhələsini yaşayır. Son illər yüzlərlə tibb müəssisəsinin tikilərək istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların ölkəmizə gətirilməsi, tətbiqi və həyata keçirilən islahatlar respublikamızda bu sahəyə dövlət tərəfindən böyük qayğının göstərilməsindən xəbər verir. Bildirilib ki, səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Hacı Lətifov bildirib ki, müasir inkişaf stategiyası ümumilikdə tibbi xidmətin yeni tələblər səviyyəsinə qaldırılmasına çoxlu imkanlar yaradıb. Tibbi xidmətin hər kəs üçün əlçatanlığının təmin olunması həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir. Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fərrux Sədirov da tibb sahəsinin özəlliklərindən, rayonda həyata keçirilən tibbi xidmətdən və müalicə prosesi haqqınbda ətraflı məlumat verib. Daha sonra 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətində fərqlənən tibb işçilərinə Fəxri Fərmanlar verilib. Geri dön |