Ana Sayfa > Özəl > ABŞ-dən İrana yeni zərbələr: Pentaqon əməliyyatın tamamlandığını açıqladı

ABŞ-dən İrana yeni zərbələr: Pentaqon əməliyyatın tamamlandığını açıqladı


Bu gün, 11:00. Yazar: vasif
ABŞ-dən İrana yeni zərbələr: Pentaqon əməliyyatın tamamlandığını açıqladı




ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində həyata keçirilən son hərbi əməliyyatların başa çatdığını bəyan edib.

Məlumata görə, prezident Donald Trampın göstərişi ilə həyata keçirilən əməliyyat zamanı İranın hərbi müşahidə və kəşfiyyat obyektləri, rabitə infrastrukturu və hava hücumundan müdafiə sistemləri hədəfə alınıb. Hücumlarda yüksək dəqiqlikli silahlardan istifadə olunub.

Əməliyyata ABŞ Hərbi Hava Qüvvələri, Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu cəlb edilib. Vaşinqton zərbələrin bölgədəki ABŞ hərbçilərinə və beynəlxalq gəmiçilik marşrutlarına yönəlmiş təhlükələrin qarşısını almaq məqsədi daşıdığını bildirib.

CENTCOM açıqlamasında əməliyyatın İranın davam edən təhdid və təxribat xarakterli fəaliyyətlərinə cavab olaraq həyata keçirildiyini vurğulayıb. Komandanlıq eyni zamanda ABŞ qüvvələrinin regionda tam döyüş hazırlığında qaldığını və vəziyyəti yaxından izlədiyini qeyd edib.

Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə baş verən bu əməliyyat bölgədə yeni siyasi və hərbi proseslərə təsir göstərə biləcək addım kimi qiymətləndirilir.

Geri dön