Mobil versiya
Ərdoğandan Trampa F-35 mesajı: “Verdiyin sözü yerinə yetir”
Tarix: 17-08-2026 | Saat: 09:00
Bölmə:Dünya | çapa göndər

Ərdoğandan Trampa F-35 mesajı: “Verdiyin sözü yerinə yetir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan F-35 qırıcılarının tədarükü məsələsində ABŞ Prezidenti Donald Trampdan gözləntilərini açıqlayıb.

aia.az xəbər verir ki, Ərdoğan “Əl-Cəzirə” telekanalına müsahibəsində Trampın Türkiyəyə F-35 qırıcılarının tədarükünün bərpası ilə bağlı söz verdiyini və Ankaranın bu vədin yerinə yetirilməsini gözlədiyini bildirib.

Türkiyə lideri F-35 məsələsinin iki ölkə arasındakı münasibətlər baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbindən F-35 proqramından çıxarılmışdı. Ankara isə bu qərara etiraz edərək proqram çərçivəsində ödədiyi vəsait və Türkiyə üçün nəzərdə tutulan təyyarələrlə bağlı məsələnin həllini tələb edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə