II Qaregin parlamentdən kənarda müxalifətlə görüşdü: Paşinyan hakimiyyətinə sərt mesajlar
Tarix: 03-08-2026 | Saat: 18:59
Bölmə:Özəl | çapa göndər

Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında gərginlik davam edərkən, parlamentin ilk iclasına dəvət olunmayan Ümumerməni katolikosu II Qaregin Eçmiədzində müxalifət nümayəndələrini qəbul edib. Görüşdə hakimiyyətin son addımları kəskin tənqid olunub.
Musavat.com xəbər verir ki, parlamentdə təmsil olunan "Güclü Ermənistan" və "Ermənistan" bloklarının deputatları II Qareginlə görüşərək ona dəstəklərini ifadə ediblər. Müxalifət nümayəndələri katolikosun parlamentin ilk iclasında iştirak etməsinə imkan verilməməsini siyasi qərar kimi qiymətləndiriblər.
Ermənistan qanunvericiliyinə əsasən, yeni seçilmiş parlamentin ilk iclasında ölkə prezidenti ilə yanaşı, Ümumerməni katolikosunun da çıxış etmək hüququ nəzərdə tutulur. Lakin builki iclasda yalnız Prezident Vaaqn Xaçaturyan çıxış edib.
"Güclü Ermənistan" blokunun rəhbəri Narek Karapetyan bildirib ki, II Qareginə qanunla müəyyən edilmiş çıxış imkanı verilmədiyi üçün fraksiya Eçmiədzinə gələrək onunla görüşməyi və xeyir-duasını almağı qərara alıb.
"Ermənistan" blokunun fraksiya rəhbəri Anna Qriqoryan isə hakimiyyəti kilsəyə qarşı məqsədli siyasət yürütməkdə ittiham edib. Onun sözlərinə görə, Ermənistanın müstəqillik tarixində ilk dəfə katolikos parlamentin ilk iclasında çıxış etmək imkanından məhrum edilib.
II Qaregin də görüş zamanı çıxış edərək hakimiyyətin Erməni Apostol Kilsəsinə münasibətini tənqid edib. O, kilsəyə qarşı atılan addımların hüquqi və konstitusion prinsiplərlə uzlaşmadığını iddia edib.
Qeyd edək ki, son aylarda Baş nazir Nikol Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər daha da gərginləşib. II Qaregin isə Azərbaycanla bağlı sərt mövqeyi və Qarabağ məsələsinə dair açıqlamaları ilə tez-tez gündəmə gələn dini-siyasi fiqurlardan biri hesab olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-08-2026