Netanyahu Vaşinqtonun təzyiqinə müqavimət göstərəcəyini açıqlayıb
Tarix: 27-07-2026 | Saat: 11:13
Bölmə:Dünya | çapa göndər

“ABŞ İsraildən ordusunu Qəzza, Suriya və Livan cəbhələrindən geri çəkməsini tələb edir”.
aia.az xəbər verir ki, bu barədə İsrailin “13-cü kanal”ı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bununla bağlı İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetini məlumatlandırıb.
Məlumata görə, Vaşinqton İsrail Müdafiə Qüvvələrinin mərhələli şəkildə üç cəbhədən geri çəkilməsində maraqlıdır, lakin söhbətin qoşunların tam, yoxsa qismən çıxarılmasından getdiyi açıqlanmır.
Bununla belə, Netanyahu Vaşinqtonun bu təzyiqinə müqavimət göstərmək niyyətində olduğunu deyib.
“Mən onlara yox deyəcəyəm”, - Baş nazir ABŞ-yə planlaşdırılan səfərindən əvvəl söyləyib.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə 27 iyulda Vaşinqtona səfər edəcək. Netanyahunun 28 iyulda Ağ Evdə Trampla görüşü nəzərdə tutulub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-07-2026
26-07-2026