Mobil versiya
Azərbaycan müstəqilliyin ilk illərində
Tarix: 30-06-2025 | Saat: 11:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan müstəqilliyin ilk illərində

1991-ci il dünya tarixi üçün mühüm bir mərhələ oldu. Sovet İttifaqının süqutu nəticəsində ondan ayrılan respublikalar müstəqil dövlətlərə çevrildilər. Bu ölkələrdən biri də Azərbaycan idi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Bu sənədlə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illəri Azərbaycanın tarixində həm çətin, həm də taleyüklü bir dövr kimi yadda qaldı. Gənc respublika bir tərəfdən Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmış, digər tərəfdən isə siyasi və iqtisadi böhranla mübarizə aparmaq məcburiyyətində idi. Müstəqilliyin ilk illərində Azərbaycan siyasi baxımdan çox gərgin bir dövr yaşadı. 1991-ci ilin dekabrında Sovet İttifaqının rəsmi olaraq dağılması ilə Azərbaycan tam suverenliyini qazandı. Lakin daxili siyasi sabitliyin olmaması və rəhbərliyin təcrübəsizliyi vəziyyəti daha da ağırlaşdırdı.
Heydər Əliyev 1993-cü il oktyabr ayında keçirilmiş prezident seçkilərində rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti seçilçəsi və hakimiyyətə gəlməsi ilə ölkədə nisbətən sabitlik yarandı və dövlətçiliyin əsasları formalaşdırılmağa başlandı. Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi ən ciddi problem Ermənistanla aparılan müharibə idi. Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal etmək cəhdləri 1988-ci ildən bəri davam edirdi. 1992–1994-cü illər arasında genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində Ermənistan Azərbaycanın ərazilərinin təxminən 20 faizini işğal etdi. Xocalı soyqırımı (1992) bu münaqişənin ən qanlı səhifələrindən biri kimi tarixə düşdü. 1994-cü ildə Rusiya və digər vasitəçilərin təşəbbüsü ilə Bişkek şəhərində atəşkəs razılaşması imzalandı. Bu atəşkəs sənədi müharibəni dayandırsa da, münaqişə həll olunmamış şəkildə qaldı və münaqişənin dondurulmuş mərhələsi başladı. Sovet İttifaqının dağılması ilə Azərbaycan iqtisadiyyatı da dərin bir böhran yaşadı. İstehsal müəssisələrinin fəaliyyəti dayanmış, inflyasiya səviyyəsi artmış və sosial vəziyyət pisləşmişdi. Enerji və ərzaq qıtlığı, qaçqın və məcburi köçkünlərin vəziyyəti daha da ağırlaşdırmışdı. Lakin 1994-cü ildə mühüm bir dönüş nöqtəsi yaşandı. Hökumət xarici neft şirkətləri ilə birgə "Əsrin müqaviləsi" adlanan neft sazişini imzaladı. Bu müqavilə Azərbaycanın Xəzər dənizindəki zəngin neft ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması üçün əsas addım oldu. Bu sazişin imzalanması Azərbaycan iqtisadiyyatının dirçəlməsi və enerji təhlükəsizliyinin təmin olunması üçün həlledici rol oynadı.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2025