Agentlik: Təcili yardım çağıranlar ödəniş etməyəcək
Tarix: 30-01-2020 | Saat: 12:12
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfində 2550 xidmət daxildir. Bunun əsas hissəsi stasionar tibbi xidmətlər, cərrahi xidmətlər və ambulator xidmətlərə ayrılıb.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva deyib. Onun sözlərinə görə, ailə həkiminin göndərişi olmadan yalnız hamilə qadınların həkimlərə müraciət etməsinə icazə verilir.
S.Quliyeva əlavə edib ki, əgər vətəndaş ailə həkiminə müraciət etmədən qeydiyyatda olduğu tibb müəssisəsinə birbaşa ixtisaslı yardım almaq üçün müraciət edərsə, onda müştərək maliyyələşmə məbləği ödəməlidir.
Agentlik rəsmisi vurğulayıb ki, gözləmə müddəti icbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlərin növündən və vətəndaşın vəziyyətindən asılı olaraq hər hansı bir tibbi xidmətin göstərilməsi üçün maksimal müddətidir:
"Misal olaraq ambulator xidmət 14 gün ərzində təşkil edilməlidir. Planda stasionar tibbi xidmət 20 gün ərzində təqdim edilməlidir. Təcili tibbi və təxirəsalınmaz yardım isə dərhal vətəndaşa təqdim edilməlidir. Əgər belə hal yaransa müştərək maliyyəşmə məbləği ödənilmir. Həm ambulator, həm də stasionar halda, yaxud da təcili yardım maşını çağıran zaman da gözləmə müddəti tətbiq edilmir. Xidmətlər zərfinə daxil olan xidmətlərin sayı ildən-ilə mütəmadi şəkildə təkmilləşdiriləcək. Bu da statistik göstəricilər və daxil olan müraciətlər əsasında vətəndaşların istifadəsinə təqdim olunacaq"
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər