Mobil versiya
Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb
Tarix: 17-01-2020, 17:02 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb


Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb.

Trend-in məlumatına görə, Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da ən çox müşahidə edilən psixi xəstəliklərin siyahısında ilk yerdə depressiya, təşviş pozuntuları, stress və ya adaptasiya pozuntuları dayanır.

Onun sözlərinə görə, psixi xəstəlikdən əziyyət çəkənlərin qeydiyyatını aparmaq mümkün deyil: "Mərkəzdə müraciət edən xəstələrin statistikası toplanır. Amma onların qeydiyyatını aparmaq düzgün deyil".

F.İsmayılov psixi xəstələrin stiqmalarının olduğunu da söyləyib: "Psixi xəstəliklərin müalicəsi üçün müraciət edəcəyi tədqirdə bunun həmin şəxslərin sonrakı fəaliyyətinə mənfi təsir edəcəyini düşünürlər. Amma buna baxmayaraq, əvvəlki illərlə müqayisədə belə xəstəliklərin müalicəsi üçün müraciət edənlərin sayı artıb. Bu da müsbət haldır".

aia.az



5156 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-02-2020
20-02-2020
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
{sape_links}{sape_article}