Mobil versiya
Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ
Tarix: 14-01-2020, 11:02 | Saat: 15:47:00
Bölmə:Şou-biznes | çapa göndər

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov BiG.AZ saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmimi müsahibəni təqdim edirik.



Türkiyədə reytinqləri alt-üst edən “Çukur” serialında çəkilməyiniz necə baş tutdu?

Sizə lap əvvəldən danışım. Bizim Arasla tanışlığımız var idi. Bir neçə dəfə tanış kimi görüşdükdən sonra bu tanışlıq dostluğa çevrildi. O, filmlərə çəkilməyimi dəfələrlə məsləhət görüb. Deyirdi ki, yaraşıqlısan və gözlərinin rəngi yaşlıdır. Filmlərdə çəkilmək üçün kriteriyaların uyğun gəlir. Lakin mən o zaman bacarmayacağımdan qorxurdum. Aras məni bacaracağıma inandırdı. Onun köməkliyi ilə filmin çəkliş qrupu ilə tanış olub , çəklişlərə başladım. 8 ay təhsil aldım və bu işin mütəxəssislərindən aktyorluq sənətinin incəliklərinə qədər öyrəndim. Təhsil aldığım müddətdə mən həm də türk dilini mükəmməl səviyyədə mənimsədim. Mənim türk dilində bu qədər yaxşı danışmağım oradakıları bir qədər heyran da qoyub. Hazırda film çəklişləri ilə bərabər universtetdə incəsənət üzrə təhsil də alıram.



Bu serialdan əvvəl hansı obrazları canlandırmısınız?

Mənim ilk və uğurlu işim elə "Çukur" serialı olub. Bu filmdə çəkildiyim müddətdə mən həm də "Çarpışma" serialının 4 seriyasında obraz canlandırdım. Həmin serialda Kvanç Tatlıtuğ ilə olan davamız və mənim onu döyməyim böyük marağa səbəb oldu. Ərəb saytlarında manşet oldum. Bundan əlavə Azərbaycanda da televiziya proqramlarına dəvət aldım.



Təkcə seriallarda deyil, filmlərdə də obraz canlandırmışam. Sonuncu çəkildiyim film peşəkar alman film çəkliş qrupu ilə olub. Almaniyanın dünyada qızıl medal alan rejissorları və peşəkar çəkiliş qrupu ilə birlikdə işlədik. "Hayalet 3 yaşam" adlı filmin çəkilişləri Almaniya və İstanbulda oldu. Əsas qəhrəman Cahangir obrazını canlandıran və həm də rejissor olan Ali Hasildir. Bundan əlavə filimdə başqa tanınmış aktyorlarda rol alıb. Hələ ki, kinoteartlarda yoxdur. Fevral ayından izləyicilər gedib baxa biləcəklər.



Xarici ölkənin serialında çəkilməyin üstünlükləri və mənfi tərəfləri...

Mənfi tərəfləri yox, çətinlikləri çoxdur. Orada təksən, ailə üzvlərindən yanında heç kim yoxdur. Azərbaycan üçün çox darıxıram. Xüsusən də yeməkləri üçün. Azərbaycandan yanıma kimsə qonaq gələndə öz mətbəximizin yeməklərindən hazırlayıb gətirir. Lakin üstünlükləri çoxdur. Ölkə xaricində film və seriallarda rol almaq böyük avantajdır. Tanınmaq və uğur qazanmaq üçün böyük şansdır. Bundan əlavə çoxlu dostlar da qazanırsan.
Məlahət Abbasova mənə çox dəstək olur. Bütün çəklişlərimdən əvvəl onunla danışıb, məsləhətlər alıram. Hər səhnə üçün mənə xüsusi məlumatlar verir. Necə oynasam daha yaxşı olar, daha uğurlu alınar? Məlahət xanım türklərin dili ilə desək mənim "oyuncu koçumdur".



Müsbət yoxsa mənfi obrazı canlandırmaq daha rahatdır?

Mənə görə mənfi obrazı canlandırmaq daha rahatdır. Mənfi obrazlar hər zaman yaddaşlarda qalır.



Yerli seriallardan təklif olubmu sizə? Yaxu da təklif oluna çəkilərsinizmi?

Rəsmi olaraq heç bir təklif olmayıb. Düzünə qalsa, serialda çəkilmək istəmərəm. Lakin maraqlı hekayəyə məxsus bir film olsa çəkilməyi düşünərdim. Yəni, təklif olunsa, ssenarisinə baxaram və özümü orada görsəm, əlbəttə ki, çəkilərəm.




Hansı aktyorla eyni səhnəni bölüşmək istərdiniz?

Türkiyədə arzusunda olduğum bir çox aktyorlarla eyni səhnəni bölüşmüşəm və bu mənim üçün həqiqi uğurdur. İstər aktyorluğu, istərsə də insanlığı, xarakteri ilə məni özünə heyran qoyan Halit Ergenç ilə eyni səhnəni bölüşməyi çox istərdim.


Hər zaman deyirlər ki, azərbaycanlılar türk serialında ya dayə, ya da xadimə obrazlarında çəkilirlər. Bununla bağlı nə deyə bilərsiniz? Orada azərbaycanlı aktyorlara münasibət necədir?

Yox məncə bu doğru fikir deyil. Orada bizi- azərbaycanlıları çox sevirlər. Eyni zamanda çox dəyər verirlər. Bizim aktyorlarımızdan orada çəkilən çoxdur. Obrazlarını da yetərincə uğurla canlandırırlar.

Futbolla da məşğul olmusunuz. Bu barədə də danışaq...

Bəli, mən "Qarabağ" futbol klubunda böyümüşəm . Daha sonra 17 yaşım olarkən milli komandanın üzvü oldum. Türkiyəyə getdim və işimi orada davam etdirməyə başladım. Oyun üçün Azərbaycana da gəlirdim. Səhhətimdə yaranan narahatçılığa görə futboldan uzaqlaşmalı oldum. Lakin oradakı dostlarım məni Türkiyəyə çağırırdılar. Elə işə görə Türkiyəyə üz tutdum və daha sonra yolum filmlərə qədər gedib çıxdı.


Türkiyəyə getməyiniz ailənizi narahat etmədi? Sizə qarşı çıxmadılar?

Əlbəttə, ilk vaxtlar ora gedəndə bir az narahat idilər. Xüsusən də nənəm. Ağlayırdı və getməyimi istəmirdi. Lakin, artıq 8 ildir ki, orada yaşayıram. Bu müddət ərzində çox şey dəyişdi. Uğurlar əldə etdim. İndi bura gələndə və məzuniyyəti uzatmaq istəyəndə özləri mənə deyir ki, yox tez get. Səni orada film çəklişləri gözləyir.

Bir çox gənclər orada aktyor kimi fəaliyyət göstərmək istəyirlər. Bunun üçün nə etməlidirlər?

Bilirsiniz, bununla bağlı mənim özümə də müraciət edən çox olub. Elə bilirlər ki, Türkiyəyə getmək və orada filimə çəkilmək, aktyor olmaq asan işdir. Amma elə deyil axı. Aktyor olmaq üçün təhsilinin olması bəs etmir. Ən əsası bacarıqdır. Bundan sonra təhsil və dil bilikləri mühüm rol oynayır. Biz adi, qısa bir səhnəni çəkmək üçün bəzən günlərlə yatmır, sırf o səhnənin üzərində çalışırıq.

Uğurlarınıza görə kimə borclusunuz?

Bütün uğurlarıma görə anama borcluyam. O, hər zaman mənim arxamda olub. Mənə həm atalıq, həm də analıq edib. Bu gün əldə etdiyim bütün uğurlarıma görə onun varlığına şükür edirəm və daim yanımda olmasını arzulayıram.

aia.az



5172 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

26-02-2020
25-02-2020
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
{sape_links}{sape_article}