Mobil versiya
Bu maliyyə yardımı bu gündən 2020-ci ilə qədər dövrü əhatə edəcək.
Tarix: 23-06-2015 | Saat: 08:07
Bölmə:İqtisadiyyat / Manşet | çapa göndər

Bu maliyyə yardımı bu gündən 2020-ci ilə qədər dövrü əhatə edəcək.

Yunanıstan Avropa Komissiyasından 35 milyard avroluq yardım ala bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker söyləyib. O bildirib ki, yardım bu gündən 2020-ci ilə qədər dövrü əhatə edəcək.

"Biz 35 milyard avroluq bir yunan proqramı hazırlamışıq. Bu vəsait yalnız büdcəni doldurmaq üçün deyil, real iqtisadiyyat üçün istifadə olunacaq", - deyə Avropa Komissiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası Cənubi Avropa ölkəsində iş yerlərinin yaranmasına və əhalinin müdafiəsinə ehtiyac duyulur. Yunker qeyd edib ki, 2015-ci ilin ikinci yarımilliyində Yunanıstana 1 milyard avroluq vəsait verilə bilər.

Qeyd edək ki, Avropa ölkələri Yunanıstanı borc bataqlığından çıxarmaq üçün bir sıra addımlar atırlar. Əgər Yunanıstan öz borclarını ödəyə bilməsə, Avrozonadan çıxa bilər. Yunanıstanın baş naziri Alexis Tsipras digər 18 avrozona dövlət başçıları ilə Brüsseldə keçiriləcək sammitdə bu məsələnin həll olunacağı bildirmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024