Mobil versiya
MTN-də gözlənilən həbs baş verdi - Çovdarov tutuldu
Tarix: 14-11-2015 | Saat: 17:09
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


Bir neçə gün əvvəl işdən qovulan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov həbs edilib

Ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb.

Onun barədə həbs- qəti imkanı tədbiri verilib. General-mayorun həbsi onlarla MTN zabitinin verdikləri ifadələr əsasında baş tutub.

Qeyd edək ki, Azərbaycan mətbuatına yaxşı tanış olan A. Çovdarov işdən qovulan Eldar Mahmudovun kassiri kimi ad çıxarmışdı. Onun MTN-də əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Aparatına etdiyi şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını qeyd ediblər.

Xatırladaq ki, bir neçə gün öncə A.Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Çovdarovun bacısının kürəkəni Rafiq Hümbətov da Xətai rayon MTN-dəki rəisi vəzifəsindən qovulub.(qafqazinfo)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024