Mobil versiya
“Heç olmasa həbsxanada məni döyən olmaz“
Tarix: 14-11-2015 | Saat: 16:45
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər




"Heç olmasa həbsxanada məni döyən olmaz" - Oğluna ərini güllələtdirən ana

Bu ilin yanvar ayında Xaçmazda ailə-məişət zəmnində baş vermiş qətl hadisəsi ilə bağlı çıxarılmış məhkəmə hökmü qüvvədə saxlanılıb

Trend-in məlumatına görə, qətli törətmiş Əmir Seyidovun vəkili müvəkkilinin cəzasının yüngülləşdirilməsi üçün Apelyasiya Məhkəməsinə müraciət edib.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Ə.Aslanov atasını ov tüfəngi ilə qətlə yetirib. Qətlə yetirilən Bünyad Seyidovun cəsədi yaşadığı evin həyətindəki tualet quyusuna atılıb.

Məhkəmə zamanı Ə.Aslanovun anası Şamama Seyidova oğlunu atasını öldürməyə təhrik etməkdən peşman olmadığını bildirib: "Hər dəfə sərxoş gələndə əsassız söhbətlərə görə məni döyürdü. Bezdim və onu öldürməyə qərar verdim, heç olmasa həbsxanada rahat yaşayaram. Orada məni döyən olmaz".

Ə.Seyidov isə özünü qismən təqsirli hesab edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Seyidova 15, Ə.Seyidov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Ə.Seyidov apellaysiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş edib. Lakin Sumqayıt Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024