Mobil versiya
Fəzail AğamalıNeftçala rayonunun Aşağı Surra kəndində uğurlu seçki kompaniyasına yekun vurub
Tarix: 28-10-2015 | Saat: 20:26
Bölmə:Gündəm / Seçilənlər-4 / Aia TV / Karusel | çapa göndər


60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalı oktyabrın 28-də Neftçala rayonunun Aşağı Surra kəndində uğurlu seçki kompaniyasına yekun vurub.

Aşağı Surra kəndinin seçiciləri ilə görüşü açan F.Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov qısa olaraq F.Ağamalının tərcümeyi halı və onun keçmiş olduğu yol üzərində dayanmış, 2010-cu ildən sonra deputatlıq fəaliyyətinin vacib məqamlarını seçicilərin diqqətinə çatdırmışdır.

Seçicilər qarşısında çıxış edən Fəzail Ağamalı görüşdə iştirak etdiklərinə görə seçicilərə dərin təşəkkürünü bildirmiş və son 5 ildə 60 saylı Salyan-Neftçala seçki dairəsinə daxil olan kəndlərdə o cümlədən Aşağı Surrada görülən işləri dövlətimiz və ölkə prezidenti İlham Əliyevin onlara qarşı diqqətinin ifadəsi kimi dəyərləndirmişdir.

O, kənddə həyata keçirilməsi vacib olan məsələlərin üzərində dayanmış və bütün bunların növbəti illərdə reallaşacağına əminliyini bildirmişdir.

Görüş iştirakçılarından şəhid atası Hacı Abbasağa Rəhimov, Kərbəlayi Ədalət Abışov, kənd ziyalıları Həsənağa Abbasov və Ənvər Tağıyev ölkəmizdə həyata keçirilən sosial xarakterli işlərə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirmiş, dövlətçiliyimizə sədaqəti ilə fərqlənən hər zaman xalqın problemlərini aradan qaldırmaqda fəallıq nümayiş etdirən F.Ağamalıya səs verəcəklərini söyləmiş və bütün seçiciləri onlarla bərabər olmağa çağırmışlar.

Beləliklə, Fəzail Ağamalının seçicilərlə canlı görüşü və təması başa çatmışdır.







Ana Vətən Partiyasının mətbuat xidməti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024