Mobil versiya
Qadın paracüdoçumuz Avropa Oyunlarının gümüş medalını qazandı
Tarix: 26-06-2015 | Saat: 14:58
Bölmə:Gündəm / Manşet | çapa göndər


Səbinə Abdullayeva finalda ukraynalı rəqibinə uduzub.

Azərbaycanın Avropa Oyunlarındakı yeganə gözdən əlil qadın cüdoçusu yarışların gümüş medalını qazanıb.

Aia.az Oxu.Az-a istinad xəbər verir ki, Azərbaycanın 57 kq-dək çəki dərəcəsindəki gözdən əlil qadın cüdoçusu Səbinə Abdullayeva finalda Ukrayna təmsilçisi İnna Çernyakla üzləşib.

Görüş ərzində bir yuko xalı ilə irəlidə olmasına baxmayaraq, təmsilçimiz üstünlüyünü qoryub saxlaya bilməyib. Görüşün ortasında ipponla qiymətləndirilən fənd işlədən Ukraynalı idmançı qalib gələrək Avropa Oyunlarının qızıl medalını qazanıb. Səbinə Abdullayeva isə Oyunlarına gümüş medalını əldə edib.

S.Abdullayeva bundan əvvəlki mərhələlərdə ispan Mariya Monik Merensiano Herrero və ukraynalı Nataliya Nikolayçuku məğlub etmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024