Mobil versiya
Deputatlar hökumətə 6 gün vaxt verdilər
Tarix: 14-10-2015 | Saat: 16:23
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


Qanun layihələrinin müzakirəsi davam etdirilir.

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.

Aia.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verilib.

Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyindən əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək:

“İnanırıq ki, hökumət oktyabrın 20-nə kimi burada qaldırılan məsələlərə baxa biləcək və oktyabrın 20-də büdcə layihəsi səsverməyə çıxarılacaq”.

Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024