Mobil versiya
“Qızıl Məryəm”i öldürən qızı ilə bağlı ilginc fakt
Tarix: 13-01-2016 | Saat: 14:27
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

“Qızıl Məryəm”i öldürən qızı ilə bağlı ilginc fakt
Yanvarın 5-də Bakının Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında öz evində qətlə yetirilən "Qızıl Məryəm" kimi tanınan iş adamı Məryəm Namidzadə barədə yeni faktlar ortaya çıxıb

Məlumata görə, biznes-ledini qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Günel Hüseynova onun doğma qızı deyilmiş.

Belə ki, o, Güneli uşaq evindən götürüb saxlayırmış. Sonradan G.Hüseynova bu barədə xəbər tutub və Məryəm Namidzadəylə münasibətlərində soyuqluq yaranıb.

Xatırladaq ki, 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.

Qeyd edək ki, o, Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.(musavat.com)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024