Mobil versiya
Cəlilabadda müdhiş müavinət saxtakarlığı - SİYAHI
Tarix: 04-07-2015 | Saat: 23:30
Bölmə:Seçilənlər-4 / Manşet / Karusel | çapa göndər

Cəlilabadda müdhiş müavinət saxtakarlığı - SİYAHI



Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Cəlilabad şöbəsinə müdir təyin edilən Azər Mirzəxanlı kadrları ətrafına toplayaraq dövlət büdcəsini talan etməyə davam etdirir.

Aia.AZ editor.az-a istinadən xəbər verir ki, bu sahədə müfəttiş kimi müqavilə əsasında fəaliyyət göstərən Mənsimov Azər Kamal oğlu öz həmkarı qanuni müfəttiş statusuna malik olan Füzuli Cəfərovu sürətlə ötüb keçmiş və saxta sənədlər əsasında Göytəpə, Privolnoye və Komanlı kəndlərində imkanlı şəxslərə sosial yardım verilməsini ” yüksək səviyyədə ” təşkil edərək hər bir yardım alan şəxsdən əvvəlcədən deilən məlumata əsasən 500 manat almaqla onlara sosial yardım almaq üçün şərait yaradıb.
Ona görə də Komanlı kənd sakinləri bildirir ki, Azər Mənsimov öz yaxınlarına hətta Bakı şəhərində yaşayanlara, imkanlı olanlara bir il müddətinə sosial yardım təşkil etməklə sənədləri saxtalaşdırmaqla ailə tərkibini gizlətməklə, Rusiyada yaşayanlara və onların ailə üzvlərinə, əkin sahəsindən hər il küllü miqdarda qazanc əldə edənlərə, sayı – hesabı bilinməyən mal – qarası olanlara sosial yardım verilməsi üçün öz rəhbəri olan ƏƏSMM -nin direktoru işləyən Azər Mirzəxanlının səvatsızlığından istifadə edərək öz çirkin əməllərini həyata uğurla keçirir. Fakt isə ondan ibarətdir ki, son 2 ay ərzində Azər Mənsimovun və Füzuli Cəfərovun təyin etdiyi sosial yardım ala biləcək şəxslərin yoxlanılması vacib məsələdir.
Bu müraciəti yazmaqla dövlət əmlakını dağıdanlara qarşı mübarizə aparılmasını istəyirik. Araşdırma zamanı məlum olmuşdur ki, adları aşağıda qeyd olunan vətəndaşlara sosial yardım verilməsi zamanı qəbul edilmiş qərar tamailə yanlışdır və bu şəxslərə sosial yardım verilməsi cinayət tərkibi olan bir işdir və araşdırılma zamanı məlum olacaq ki, bu şəxslərə sosial yardım ona görə düşmür ki, onların avtomobili eyni zamanda Rusiyada və yaxud Bakı şəhərində işləməklə yaşayırlar.
1. Qurbanova Əntiqə – Hərbi hissədə işləyir , əmək haqqı kifayət edir, eyni zamanda Göytəpə Komunal müəssisəsində işləyir. Oğlu isə Bakı şəhərində işləyir. Yüksk sosial yardım təyin edilmişdir.
2. Səyadov Rasim – Vaz 2106 markalı avtomobili var özü bazarda işləyir eyni zamanda çiyələk sahəsi vardır.
3. Ağayev Əhəd Göytəpə şəhəri Həsənabad küçəsində yaşayır, 2 traktoru, fərdi sahibkarlıq fəaliyyəti var, ailə üzvləri Bakıda və Rusiyada işləyirlər.
4. Mehtiyeva Təranə – həyat yodaşı Rusiya vətəndaşıdır, hər ay kifayət qədər pul göndərir. ailə taərkibində gizlətmələr var.
5. Hüseynov Bəxtiyar – 60 baş qoyun – quzusu 4 baş iri buynizlu mal – qarası olduğu halda dövlət vəsaiti ona peşkəş edilir. eyni zamanda fərdi əməm fəaliyyəti olaraq xarrat ustasıdır.
6. Qədirov Zahid – Bazarda alver edir, gəlirin gizlədərək ona sosial yardım verilir.
7. Rufullayev Raqif – ev sənədlərini düzgün təqdim etməmiş, öz Rusiyada ustalıq edir, gəliri kifayət qədərdir.
8. Hüseynova Şəfəq – Bakı şəhərində yaşayır , ailə tərkibi düzgün təqdim edilməmiŞ anasının evinə dair sənədləşmə aparılmışdır.
9. Məhərrəmov Şahkərəm – ailə üzvüləri ilə birlikdə Bakı şəhərində yaşayırlar, ər və arvad pensiya almasına baxmayaraq sosial yardım verilir.
10. Dadaşova İradə – başqa rayonda qeydiyyatda olmasına baxmayaraq , ev sənədləri yoxdur.
11. Cəfərov Akif – Təkərli traktoru ,kifayət edəcək gəliri olsa da , Bakı şəhərində Yüksək tonajlə Kran işlədir hər ay yüksək gəlir əldə etməsinə baxmayaraq, ailə üzvləri Bakı şəhərində yaşayır, oğlu isə özlərinə məxsus mağazanı işlədir. Digər oğlu isə Fövqaladə Hallar Nazirliyində işləsə də işsiz kimi qeyd edilmişdir.
12. Qarayev Rasim – özü və arvadı işləsə də işləməyən kimi qeyd edilib, övladları isə pensiya alırlar.
13. Ağayeva Sənubər Hüseynağa qızı – atasına məxsus evdə yaşayır, 170, 0 manat sosial yadım təyin edilmişdir.
14. Ağayev Mehdi – Masallı bazarında mağazası var, fəaliyyət göstərir, pensiya alır , onun həyətyanı sahəsi və hasarının qiyməti təyin edilə bilməz dərəcədə olduğu halda ona sosial yardım təyin edilmişdir.
15. Orucov Rövşən Tarverdi oğlu, VAZ 2106 markalı avtomobili, kartov sahəsindən kifayət qədər gəliri olduğu halda ona sosial yardım təyin edilmişdir.
16. İbrahimov Əlizamin VAZ 21011 markalı avtomobili, əmək fəliyyəti olduğu hald fəaliyyətini gizlədərək soial yardım təyin edilmişdir.
17. Cavadova Səbinə Ağahüseyin qızı Göytəpə şəhər 1 saylı tam orta məktəbdə işləyir, əmək haqqı alır, özü və övladı pensiya alır. eyni zamanda aliment alır.
Bütün bu gəlirlərini gizlətmiş həm də bankdan kredit alması barədə məlumatı gizlətməklə sosial yardım alır və başqalarına da sosial yardım düzəltməkdə fəaliyyət göstərir.
Gününün çox hissəsini ƏƏSMM-nin Cəlilabad rayon şöbəsində keçirir və bildirir ki, mərkəzin direktoru Azər Mirzəxanlı onun yaxın qohumudur. Bütün bunlar Azər Mənsimovun öz müdiri Azər Mirzəxanlını aldatması nəticəsində yaranmış problemdir.
Qeyd edək ki, işdən azad edilmiş Azər Mənsimov işdən çıxarılsa da kimlərinsə himayəsi nəticəsində yenidən işə bərpaedilmişdir. Özünün dediyinə görə yenidən işə bərpa edilməsi üçün 15000 manat xərcləmişdir.
Görünür adi müfəttişin gəliri 15000 manatdan çoxdursa ondA müdirin gəliri nəqədər olar?



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024