Ana Sayfa > Özəl > Trampın xüsusi nümayəndəsinin Ukraynaya səfərinin ləğv edilməsinin səbəbi məlum olub.

Trampın xüsusi nümayəndəsinin Ukraynaya səfərinin ləğv edilməsinin səbəbi məlum olub.


Dünən, 18:21. Yazar: sevinc1
Trampın xüsusi nümayəndəsinin Ukraynaya səfərinin ləğv edilməsinin səbəbi məlum olub.

ABŞ-ın Ukrayna və Rusiya üzrə gələcək xüsusi elçisi Keyt Kelloqun Kiyevə səfəri Amerika qanununun yeni prezidentin andiçmə mərasimindən əvvəl bu cür əlaqələrə qoyduğu qadağaya görə ləğv edilib. Bu barədə “Strana.ua” nəşri Ukrayna Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Bizdə olan məlumata görə, yeganə səbəb budur. Biz həqiqətən ümid edirik ki, inauqurasiyadan dərhal sonra hərtərəfli ədalət və davamlı sülhün əldə edilməsi ilə bağlı ən aktual məsələlər üzrə general Kelloqla dialoqa başlaya biləcəyik”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi bildirib.

Yanvarın 7-də Reuters yazıb ki, Keyt Kelloq Ukraynaya səfərini Donald Trampın inauqurasiyasına qədər təxirə salıb. Kelloq əvvəlcə yanvarın əvvəlində Ukrayna liderləri ilə görüşmək üçün Kiyevə səfər etməyi planlaşdırmışdı.

Yanvarın 10-da Georgi Tixi bildirib ki, Kiyev Vladimir Zelenski ilə Trampın yanvarın 20-də andiçmə mərasimindən az sonra görüşünü gözləyir.

aia.az
Tərcümə şöbəsi
Geri dön