Ana Sayfa > Gündəm > İcra başçısının qalmaqallı sabiq müavini namizədliyini geri götürdü
İcra başçısının qalmaqallı sabiq müavini namizədliyini geri götürdüDünən, 17:55. Yazar: sevinc1 |
Lənkəran rayon icra hakimiyyəti başçısının sabiq müavini Rəsilə Əliyeva (Arifqızı) bələdiyyə seçkilərində namizədliyini geri götürüb. aia.az Apa-ya istinadən xəbər verir ki, Rəsilə Arifqızı Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, artıq namizədliyini geri götürüb. Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur. Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib. aia.az Geri dön |