Ana Sayfa > Dünya > Ermənistanın hakim partiyasının iclasında dava düşdü
Ermənistanın hakim partiyasının iclasında dava düşdüDünən, 17:44. Yazar: sevinc1 |
Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Hayk Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan baş nazir Nikol Paşinyanın iştirakı ilə keçirilən partiya toplantısında dava ediblər. aia.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Münaqişəyə səbəb Sarkisyanın regionda meşələrin qanunsuz şəkildə qırılması ilə bağlı bəyanatı olub. Deputat qubernatoru Tavuş vilayətində ekoloji vəziyyət yaratmaqda ittiham edib. Təhqirlərlə müşayiət olunan söz savaşı davaya çevrilib. Münaqişənin gedişatını izləyən baş nazir sonda iclası tərk edib. Səhiyyə naziri Anahit Avanesyan onlara müdaxilə edib sakitləşdirməyə çalışsa da, gərginlik artmaqda davam edib. Hadisədən sonra iqtidara yaxın olan deputatlar faktı təkzib edərək ört-basdır etməyə çalışıblar. aia.az Geri dön |