Ana Sayfa > Siyasət > Xalqın dəstəyi və etimadı əsasında
Xalqın dəstəyi və etimadı əsasındaBu gün, 16:27. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qusar rayonu İmamqulukənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” ifadəsini xatırladaraq bu sözlərin partiyanın uzunmüddətli strateji vizyonunu və müasir dövrdəki dinamikasını əks etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. “YAP yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq”. Seçki qərargahının üzvü General Sadulov, bələdiyyə üzvlüyünə namizədlər Canəli Hörmətov, Nail Babayev, Rza Güləliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamızın imza atdığı yeni uğurlardan danışıb. Yanvarın 29-da seçicilərin Yeni Azərbaycan Partiyasını dəstəkləməklə inkişafa səs verəcəkləri bəyan olunub. Geri dön |