Ana Sayfa > Ölkə > Qələbə əzmi ilə!
Qələbə əzmi ilə!Bu gün, 09:48. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində yanvarın 9-də Qazax rayonunun Aslanbəyli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin Yuxarı Salahlı və Aslanbəyli kəndlərində seçicilərlə görüşü keçirildi. Görüşlərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkəmizdə mövcud reallıqlar fonunda yaranmış sabitlik, sakitlik, təhlükəsizlik, əmin-amanlıq barədə ətraflı məlumat verib. Rayon təşkilatının sədri Möhtərəm Prezident İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində ölkəmizin günbəgün öz hədəflərinə nail olmasından, Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə də böyük qələbə əzmi ilə qatıldığından geniş danışıb və seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində yüksək fəallıq göstərməyə səsləyib. Görüşlərdə çıxış edən Seçki Qərargahının üzvləri Bəsdi Ələkbərova, Qədir Əfəndiyev, Ceyhunə Hüseynova, Vaqif Nəsibov, Polad Ağakişiyev, şair Cavanşir Rüstəm, partiyanın namizədləri Osman Mustafayev, Müşfiq Abdullayev, Oqtay Pirməmmədov və digərləri ötən müddət ərzində bələdiyyələrin inkişafı istiqamətində mühüm addımların atıldığını, bir çox mühüm layihələrin həyata keçirildiyini, əhalinin məşğulluğunun təmin olunmasına və yaşayış məntəqələrində sosial məsələlərin həllinə böyük önəm verildiyini vurğulayıblar. Natiqlər əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması yönümündə qarşıda mühüm vəzifələrin dayandığını da diqqətə çatdırıblar. Yeni Azərbaycan Partiyasının çıxış edən namizədləri soz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini məhz, bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar. Görüşlər zamanı seçicilərdən Rəhim Aqqıraxov, Novruz Mehdiyev, Fikrət Qocayev, Zalxa Vəliyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar. Geri dön |