Ana Sayfa > Özəl > Bayden dövründə Ukraynaya hərbi yardımın həcmi açıqlanıb
Bayden dövründə Ukraynaya hərbi yardımın həcmi açıqlanıbDünən, 20:04. Yazar: sevinc1 |
Co Baydenin prezidentliyi dövründə ABŞ-dan Ukraynaya hərbi yardımın ümumi həcmi 66,5 milyard dolları ötüb. RİA Novosti xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Qeyd olunur ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra Bayden administrasiyası Ukraynaya təxminən 65,9 milyard dollar vəsait ayırıb.Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Austin Ukraynaya 500 milyon dollarlıq yardım paketinin ayrıldığını açıqlamışdı. Buraya hava hücumundan müdafiə raketləri, F-16 döyüş təyyarələri üçün avadanlıq və döyüş sursatları daxildir. Eyni zamanda, Rusiya dəfələrlə vurğulayır ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və “atəşlə oynayır”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. aia.az Tərcümə şöbəsi Geri dön |