Ana Sayfa > Ölkə > “YAP qalib ölkəmizin lider partiyasıdır!”
“YAP qalib ölkəmizin lider partiyasıdır!”Dünən, 19:05. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qazax rayonu, Aslanbəyli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkəmizdəki sabitlik və təhlükəsizlik mühitinin əhəmiyyətini vurğulayaraq bu amilin milli tərəqqidə mühüm rol oynadığını diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin xalqımız üçün yeni perspektivlər yaratdığını vurğulayıb. Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan fəaliyyətindən ətraflı bəhs edən A.Nəbiyev “YAP qalib ölkəmizin lider partiyasıdır. İnanırıq ki, xalqımız digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də Ulu Öndərimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasına qətiyyətli dəstəyini ifadə edəcək”, - deyə vurğulayıb. Seçki qərargahının üzvləri Bəsdi Ələkbərova, Qədir Əfəndiyev, Ceyhunə Hüseynova, Vaqif Nəsibov, Polad Ağakişiyev və Cavanşir Rüstəm, bələdiyyə üzvlüyünə namizədlər Osman Mustafayev, Müşfiq Abdullayev, Oqtay Pirməmmədov YAP-ın seçki proqramı ilə əlaqədar məlumat veriblər. Bələdiyyələrin fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə qarşıda mühüm vəzifələrin durduğu diqqətə çatdırılıb. Seçicilər Rəhim Aqqıraxov, Novruz Mehdiyev, Fikrət Qocayev, Zalxa Vəliyeva və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının öz əməli fəaliyyəti ilə xalqın böyük rəğbətini qazandığını və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar. Geri dön |