Ana Sayfa > Gündəm > FHN hər gün neçə meyit tapır?

FHN hər gün neçə meyit tapır?


30-01-2017, 15:02. Yazar: Sevinc
FHN hər gün neçə meyit tapır?





Mətbuatda demək olar ki, hər gün bağlı qapılar arxasında ölü vəziyyətdə tapılan insanlarla bağlı məlumatlar yayılır.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumatlar əsasında xilasetmə işləri həyata keçirilir. Cəsədlər aşkar edilərək aidiyyatı üzrə təhvil verilir.

Məlum olub ki, yanvarda 13 nəfər evində ölü vəziyyətdə tapılıb. Diqqət çəkən məqam odur ki, cəsədi aşkarlananların əksəriyyəti yaşlı insanlardır. Bunların da içərisində qadınlar çoxluq təşkil edir. Onların təvəllüdləri əsasən, 1937, 1942, 1946 arasında dəyişir. Eyni zamanda, bu ay ərzində 1 nəfərin yanmış meyiti aşkarlanıb. İlin əvvəlində isə 2 tələbə ilə 3 futbolçu dəm qazından zəhərlənib və mənzildə ölü vəziyyətində tapılıb.

Xatırladaq ki, ötən illərdə elə ay olub ki, mənzillərdən hər gün və ya gün ərzində iki dəfə cəsədlər tapılıb.

“Qafqazinfo” il ərzində nə qədər insanın evində ölü tapılması ilə bağlı statistikanı əldə etmək üçün FHN-nin Mətbuat xidmətinin rəhbəri Oqtay Bayramova müraciət edib. O. Bayramov bununla bağlı statistik məlumatların mətbuat xidmətinə verilmədiyini bəyan edib. Qeyd edib ki, nazirliyin Statistika İdarəsi bu məlumatları ümumi olaraq 1 il ərzində toplayır və sayta yerləşdirir.
Geri dön