Ana Sayfa > Ölkə > Hicran Hüseynova Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Hicran Hüseynova Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib


Dünən, 14:26. Yazar: sevinc1
Hicran Hüseynova Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Yanvarın 9-da 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə görüşüb. Deputat vətəndaşların müraciətlərini dinləyərək, onların qarşılaşdıqları məsələlərə maraqlanıb.

aia.az xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı olub.

Görüşdə vətəndaşların qarşılaşdıqları çətinliklər xüsusi diqqətə alındı və həmin məsələlərin həlli məqsədilə müraciətlər aidiyyəti qurumlara yönləndirilib.
Geri dön