Ana Sayfa > Gündəm > “Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm” - Əsgərin dostları

“Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm” - Əsgərin dostları


30-01-2017, 14:59. Yazar: Sevinc
“Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm” - Əsgərin dostları






Yanvarın 29-da Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölüm xəbəri yayıldı. Yerli mətbuatda onun şəhid olduğu deyilsə də, Müdafiə Nazirliyi əsgərin intihar etdiyini açıqlayıb.

Onu şəxsən tanıyan yaxınlarından biri Xanəli ilə bağlı bir xatirəsini bölüşüb. Onun sözlərinə görə, Xanəli sevdiyi qızı kasıb olduğu üçün başqasına verdiklərinə görə özünü öldürmək istədiyini deyirdi:

“Bir qız istəyirdi. Qızın ailəsi kasıb olduğu üçün imtina etmişdi. Mənə yazdı ki, qızı mənə vermədilər. Çox pisəm. Bir aydan sonra yenə yazdı ki, bu gün onun toyudur. Özümü öldürmək istəyirəm. Zəng etdim, inboxda ona xeyli yazdım. Acıqlandım. Dedim belə etsən Allah qarşısında günahkar olasan...
Kasıbçılığa söydü və internetdən çıxdı.

Bir-iki ay sonra mənə təkrar yazdı ki, bir başqası ilə nişanlanmaq istəyir. Amma iş tapa bilmir. Dedim əsgər get, gəl mütləq sənə iş tapacam talış balası...”
Geri dön