Ana Sayfa > Özəl > Açıq-aydın faktları inkar etmək və gözdən pərdə asmaq cəhdləri cəfəngiyyat və ağılsızlıqdır
Açıq-aydın faktları inkar etmək və gözdən pərdə asmaq cəhdləri cəfəngiyyat və ağılsızlıqdırDünən, 11:56. Yazar: sevinc1 |
2024-cü il dekabrın 29-da Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan televiziyasına verdiyi müsahibədə beynəlxalq maraq doğuran bir məsələyə toxundu. Müsahibə, Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Bakıdan Qrozniya uçuşu zamanı Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən qəza ilə bağlı idi. Prezidentin konkret və sərt açıqlamaları bir daha göstərdi ki, həqiqətləri təhrif etmək və ya faktları manipulyasiya etmək nə Azərbaycanın milli maraqlarına uyğundur, nə də beynəlxalq səviyyədə hörmət qazanmaq üçün effektiv yanaşmadır. Hadisə həm yerli, həm də beynəlxalq miqyasda geniş müzakirələrə səbəb oldu. İlkin rəsmi məlumatlara görə, qəzanın əsas səbəbi texniki nasazlıq idi. Lakin müxtəlif mənbələrdən yayılan ziddiyyətli məlumatlar ictimaiyyətdə çaşqınlıq yaratdı. Prezident İlham Əliyev müsahibəsində hadisənin detallarını açıqlayaraq, bəzi dairələrin faktları manipulyasiya etmə cəhdlərinə kəskin reaksiya verdi. O, vurğuladı ki, “açıq-aydın faktları inkar etmək və gözdən pərdə asmaq cəfəngiyyat və ağılsızlıqdır.” Prezidentin bu çıxışı həm daxili, həm də beynəlxalq auditoriyaya bir mesaj idi: faktların təhrif edilməsi və manipulyasiya cəhdləri qəbuledilməzdir. Bu bəyanat Azərbaycanın beynəlxalq hüquq normalarına və şəffaflıq prinsiplərinə sadiqliyini bir daha təsdiq edir. Azərbaycan hökuməti, dövlətin və xalqın maraqlarını qorumaqla yanaşı, beynəlxalq ictimaiyyət qarşısında etibarlı tərəfdaş imicini qorumağa sadiqdir. Prezidentin fikrincə, belə hadisələrdə ən vacib məsələ həqiqətləri qəbul etmək və məsuliyyəti üzərinə götürməkdir. Prezident İlham Əliyev belə vəziyyətlərdə şəffaflığın təmin edilməsinin vacibliyini xüsusi vurğuladı. O, beynəlxalq tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi üçün dürüstlük prinsipinin əsas olduğunu qeyd etdi. Hadisədən dərhal sonra Azərbaycan hökuməti və aidiyyəti qurumlar məsələnin araşdırılması üçün operativ addımlar ataraq şəffaflığın təmin edilməsinə çalışdılar. Prezident İlham Əliyevin müsahibədəki bəyanatları, Azərbaycanın baş verənlərə ciddi və məsuliyyətli yanaşdığını nümayiş etdirir. Bu yanaşma Azərbaycanın mövqeyini daha da möhkəmləndirərək, ölkənin davamlı inkişafı üçün sağlam bir təməl yaradacaq. Şamama Əmirova YAP Laçın rayon təşkilatının 35 saylı ƏPT-nin sədri Laçın rayon 10 №-li tam orta məktəbin direktoru Geri dön |