Ana Sayfa > Siyasət > Küveytin Baş naziri İlham Əliyevə başsağlığı verdi

Küveytin Baş naziri İlham Əliyevə başsağlığı verdi


Dünən, 11:40. Yazar: sevinc1
Küveytin Baş naziri İlham Əliyevə başsağlığı verdi

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.

aia.az xəbər verir ki, başsağlığında deyilir:

"Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində insanların həlak olmaları və yaralanmaları xəbərini dərin hüznlə qarşıladıq.

Zati-aliləri, bu faciəvi hadisə ilə bağlı kədərinizi bölüşür, Sizə başsağlığı veririk. Qəzanın qurbanlarına Uca Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayırıq".

aia.az
Geri dön