Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda yeni rüsumlar müəyyənləşdi
Azərbaycanda yeni rüsumlar müəyyənləşdi7-01-2025, 16:34. Yazar: sevinc1 |
Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşir. aia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, aşağıdakı rüsumlar müəyyənləşib: - Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə - 100 manat; - Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat; - Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə - 100 manat; - Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə - 50 manat; - Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə - 100 manat. aia.az Geri dön |