Ana Sayfa > Cəmiyyət / Karusel > Şəmkirdə iki nəfər kimyəvi maddədən zəhərləndi

Şəmkirdə iki nəfər kimyəvi maddədən zəhərləndi


29-01-2017, 19:05. Yazar: admin
Şəmkirdə iki nəfər kimyəvi maddədən zəhərləndi








Şəmkirdə zəhərlənmə olub.

Aia.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Kür qəsəbə sakini, 1983-cü il təvəllüdlü Yeganə Orucova kimyəvi maddə ilə zəhərlənmə əlamətiylə Şəmkir Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Y.Orucovaya dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının deməsinə görə, qadın səhvən fosfor üzvi birləşməli kimyəvi məhlul içib və zəhərlənib.

Rayonun Təzəkənd kənd sakini, 1995-ci il təvəllüdlü Turqay Səfərov da kimyəvi maddə ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımdan sonra 21 yaşlı gəncin vəziyyəti normallaşıb. T.Səfərovun istixanada kimyəvi məhlulla işləyən zaman zəhərləndiyi bildirilib.
Geri dön