Ana Sayfa > Karusel / Gündəm > Təslim olmamaq üçün özünə xəsarət yetirən şəxs həbs edildi

Təslim olmamaq üçün özünə xəsarət yetirən şəxs həbs edildi


2-01-2025, 13:40. Yazar: sevinc1
Təslim olmamaq üçün özünə xəsarət yetirən şəxs həbs edildi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində saxta pulların dövriyyəsi ilə məşğul olan Mərahim Fərəcovun saxlanılması istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, bu zaman adıçəkilən şəxs özünə xəsarət yetirərək məsuliyyətdən yayınmağa çalışıb. Onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və sonuncu saxlanılaraq istintaqa təhvil verilib.

Həmin şəxsdən psixotrop maddə olan metamfetamin, eləcə də saxta pul əskinasları götürülüb.

Faktla əlaqədar Şirvan ŞPŞ-də cinayət işi açılıb, M.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

aia.az
Geri dön