Ana Sayfa > Ölkə > Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd etdilər
Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd etdilər29-12-2024, 10:18. Yazar: sevinc1 |
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində 26 dekabr tarixində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İmişli rayon sakini 1988-ci il təvəllüdlü Cəfərov Miraslan Mustafa oğlu və 1995-ci il təvəllüdlü Lənkəran rayon sakini Əlizadə Ruslan Əvəz oğlu şübhəli şəxs qismində saxlanılıb, ümumi çəkisi 8 kiloqram 886 qram narkotik vasitə (8 kiloqram 450 qram marixuana, 436 qram heroin) və 14 ədəd narkotik tərkibli metadon M - 40 həbi aşkar olunaraq götürülüb. aia.az xəbər verir ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |