Ana Sayfa > Ölkə > Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyi 31 dekabr- Dünya Azərbaycanlılaların Həmrəyliyi günü və yeni il ərəfəsində Şəhid ailələrini ziyarət edib
Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyi 31 dekabr- Dünya Azərbaycanlılaların Həmrəyliyi günü və yeni il ərəfəsində Şəhid ailələrini ziyarət edibDünən, 16:12. Yazar: sevinc1 |
Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir. Qeyd edək ki, Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, yüksək diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. RİH-nin rəhbərliyi 31 dekabr- Dünya Azərbaycalıların Həmrəyliyi günü və yeni il bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələrini ziyarət etmişdir. Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Geri dön |