Ana Sayfa > Özəl > PMR terror təhlükəsinin “sarı” səviyyəsini 2025-ci il martın 9-dək uzadıb

PMR terror təhlükəsinin “sarı” səviyyəsini 2025-ci il martın 9-dək uzadıb


28-12-2024, 14:57. Yazar: sevinc1

PMR terror təhlükəsinin “sarı” səviyyəsini 2025-ci il martın 9-dək uzadıb


Tanınmamış Pridnestroviya Moldova Respublikasının (PMR) rəhbəri Vadim Krasnoselski terror təhlükəsinin "sarı" səviyyəsini 9 mart 2025-ci ilə qədər uzadıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Sərəncamda deyilir: “Terror təhlükəsinin yüksək “sarı” səviyyəsinin qüvvədə olma müddəti Pridnestroviya Moldova Respublikasının bütün ərazisində 60 gün müddətinə uzadılsın”
Qeyd edilir ki, bu, terror aktı təhlükəsinin davam etməsi ilə bağlıdır. Fərman 2025-ci il yanvarın 8-dən qüvvəyə minir.

Tanınmamış Dnestryanı Moldova Respublikasının Ali Şurasının deputatı, politoloq Andrey Safonov bəyan edib ki, Qərb Moldovanı Rusiya və Dnestryanı ilə silahlı münaqişəyə hazırlayır.
Moldova parlamenti bundan əvvəl 2024-2034-cü illər üçün milli müdafiə strategiyasını təsdiqləyib və bu strategiyada ölkənin müdafiə büdcəsinin 2030-cu ilə qədər ÜDM-in 1%-ə çatdırılmasının zəruriliyi qeyd edilib. Sənəddə həmçinin vurğulanır ki, Dnestryanıdakı Rusiya hərbi kontingenti və yerli hərbi birləşmələr respublikanın milli təhlükəsizliyinə təhdiddir.

aia.az
Tərcümə şöbəsi
Geri dön