Ana Sayfa > Dünya > “Taliban” və Pakistan əsgərləri arasında toqquşmalarda ən azı 24 nəfər həlak olub -
“Taliban” və Pakistan əsgərləri arasında toqquşmalarda ən azı 24 nəfər həlak olub -Dünən, 14:25. Yazar: sevinc1 |
Əfqanıstan-Pakistan sərhədində “Taliban” hərəkatının tərəfdarları və Pakistan hərbçiləri arasında baş verən toqquşmalarda ən azı 24 nəfər həlak olub, üç nəfər isə yaralanıb. aia.az TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLO News” telekanalı məlumat yayıb. Əfqanıstan və Pakistan sərhədçiləri arasında atışma bu gün səhər saatlarında Paktika (Əfqanıstan) və Xayber-Paxtunxva (Pakistan) əyalətlərinin kəsişməsində yerləşən Dand-e-Patan rayonunda baş verib. Toqquşma zamanı 19 Pakistan hərbçisinin və 5 əfqanın öldüyü, üç əfqanın isə yaralandığı bildirilir. Dekabrın 24-də “Taliban” hökumətinin Müdafiə Nazirliyi Pakistan Silahlı Qüvvələrinin Paktika əyalətinə zərbələr endirdiyini açıqlayıb. Nazirlik Pakistan tərəfinin hərəkətlərini pisləyərək, bunun beynəlxalq normalara zidd olduğunu və hər hansı problemin həlli olmadığını vurğulayıb. Müdafiə Nazirliyi bu insidentin cavabsız qalmayacağına əmin edib. Paktikada bombardman nəticəsində ən azı 50 nəfər həlak olub, daha 40 nəfər yaralanıb. 13:16 Pakistan-Əfqanıstan sərhədində baş verən şiddətli toqquşmalarda Pakistan ordusunun ən azı 19 hərbçisi həlak olub. aia.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Əfqanıstanın müvəqqəti hökumətinin Müdafiə Nazirliyinin məlumatına görə, toqquşmalar Əfqanıstanın şərq əyalətləri olan Xost və Paktiya ilə sərhəddə yerləşən Pakistan nəzarət-buraxılış məntəqələrində baş verib. Əfqanıstan sərhədçiləri Pakistanın iki nəzarət-buraxılış məntəqəsini ələ keçirib, bir neçəsini isə yandırıb. Pakistan hərbçiləri Əfqanıstan sərhədçilərinin mövqelərini minaatanlardan atəşə tutub. Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, nəticədə üç mülki şəxs öldürülüb. Sərhəddəki insidentlər bu həftənin əvvəlində Pakistan Hərbi Hava Qüvvələrinin təyyarələrinin Əfqanıstandakı terrorçu sığınacaqlarını bombalaması fonunda baş verib. Kabil iddia edir ki, hava zərbələri nəticəsində qadın və uşaqlar da daxil olmaqla 51 sakin həlak olub. aia.az Geri dön |