Ana Sayfa > Siyasət > Efiopiya Prezidenti İlham Əliyevə başsağlığı verdi
Efiopiya Prezidenti İlham Əliyevə başsağlığı verdi28-12-2024, 11:51. Yazar: sevinc1 |
![]() Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasie Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. aia.az xəbər verir ki, başsağlığında deyilir: “Zati-aliləri. Faciəvi təyyarə qəzası nəticəsində insan tələfatı barədə xəbəri dərin hüzn və kədərlə qarşıladıq. Efiopiya Federativ Demokratik Respublikasının hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan xalqına və hökumətinə, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu faciəvi qəzada yaralananların tezliklə və tam sağalmasını diləyirəm. Efiopiya bu çətin zamanda Azərbaycan xalqı və hökuməti ilə həmrəy olduğunu bildirir. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. aia.az Geri dön |