Ana Sayfa > Manşet / Gündəm > Həlak olan pilotlar və stüardessa II Fəxri xiyabanda dəfn olunacaq

Həlak olan pilotlar və stüardessa II Fəxri xiyabanda dəfn olunacaq


27-12-2024, 12:09. Yazar: sevinc1
Həlak olan pilotlar və stüardessa II Fəxri xiyabanda dəfn olunacaq

AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Knyankin, Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.

aia.az xəbər verir ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

aia.az
Geri dön